“Mobil Notarial” tətbiqindən ilk dəfə olaraq Azərbaycanda istifadə edilir”

“Mobil Notarial” tətbiqindən ilk dəfə olaraq Azərbaycanda istifadə edilir”

“Mobil Notarial” tətbiqindən ilk dəfə olaraq Azərbaycanda istifadə edilir. Bunu xüsusi olaraq qeyd etmək lazımdır”. 

Azhuquq.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib. 

A.Səmədzadə qeyd edib ki, “Mobil Notarial” tətbiqindən bu günə qədər 200 minə yaxın insan istifadə edib:

“Hər gün 500-dən artıq ayrı-ayrı sənədlər bu tətbiq vasitəsilə təsdiq olunur. Bu istiqamətdə yeniliklər davam edəcək və ictimaiyyətə bu barədə də məlumat veriləcək”.

“Hazırda “Mobil Notarial” tətbiqi vasitəsilə bütün kommunal xidmətlərin yeni mülkiyyətçi adına keçirilməsi prosesini bir addımla həyata keçirmək mümkündür. Yaxın zamanda biz banklarla bu istiqamətdə yaradılacaq yeni proqram barədə də geniş məlumat verəcəyik”, — deyə o qeyd edib.

Etiketlər