Sumqayıt Apelyasiya Məhkəməsi Vətən Müharibəsi iştirakçısını həbsdən azad etdi

Sumqayıt Apelyasiya Məhkəməsi Vətən Müharibəsi iştirakçısını həbsdən azad etdi

Bu gün Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə vətən müharibısinin iştirakçısı həbsdən azad edilib.  44 günlük vətən müharibəsinin iştirakçısı olan gənc  qanunsuz və əsassız olaraq  Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 -cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Şamaxı rayon Məhkəməsinin  qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilərək iş məhkəməə göndərilsə də vəkil Elşad İsayevin vəsatətinə əsasən  Məhkəmənin hazırlıq iclasında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə işin ibtidai istintaqı zamanı  kobut qanun pozuntularına, o cümlədən müdafiə hüququnun kobut pozulmasına  yol verildiyi üçün iş istintaqa qaytarılmışdır. 
Bundan sonra istintaq orqanı tərəfindən  məhkəməyə uzadılma ilə bağlı yenidən təqdimat verilmiş, məhkəmə həbsdə saxlama müddətini  əlavə olaraq 3 ay uzatmışdır. Həmin qərardan müdafiə tərəfi şikayət vermiş Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Şamaxı rayon Məhkəməsinin qərarı ləğv olunmuş və həbsdə saxlama müddəti  cəmi bir ay yəni yanvar ayının 11-nədək uzadılmılşdır ki, müstəntiq işi aidiyyatı üzrə göndərsin (qeyd istintaq zamanı ittiham qondarma olduğundan aidiyyat məsələsi də pozulmuşdur). Lakin bütün bunlara baxmayaraq istintaq orqanı kobut səhvləri düzəltmək əvəzinə (qeyd edim ki, səhvləri düzəltmək qeyri mümkündür yəni aradan qaldırılması mümkün deyil) yenidən həbsdə saxlama müddətinin uzadılması ilə bağlı  Şamaxı rayon Məhkəməsinə müraciət  etmiş, Şamaxı rayon Məhkəməsinin hakimi, Sumqayıt APELYASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİNƏ ZİDD OLARAQ  yenidən həbsdə saxlama müddətinin uzadılması ilə bağlı qərar qəbul etmişdir. Nəticə etibarilə şəxs heç bir əsas olmadan bir ildən çox qanunsuz və əsassız olaraq həbsdə qalmışdlr.
Bütün bunlara baxmayaraq istintaq yenidən qanunsuz və əsassız olaraq şəxsin həbsdə qalma müddətinin uzadılması  üçün Şamaxı rayon Məukəməsinı müraciət etmiş, məhkəmə yenidən  həbsdə qalma müddətini heç bir əsas olmadan uzatmışdır.  Qeyd olunan  qərardan müdafiə tərəfi Apelyasiya şikayəti verimiş  bu gün Sumqayıt Apelyasiya Məhkəməsi vəkilin  şikayəyəti təmin edərək təqdimat vəsatəti rədd etmiş  1 ci instansiya Məhkəməsinin hakimi barədə xüsusi qərar  və təqsirlındirilən şəxsin həbsdən azad olunması barədə ayrıca qərar qəbul edib.
Qeyd edək ki, təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsində Füzuli, Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Etiketlər