“Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayına məqalə qəbulu davam edir
Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təsis edilmiş “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının №3 (2024) sayına məqalə qəbulu davam edir.
Azhuquq.az xəbər verir ki, Vəkillər Kollegiyası hüquq cəmiyyətini, o cümlədən vəkilləri məqalələrlə çıxış etməyə dəvət edir.
Məqalələrin son qəbul tarixi: 15 dekabr 2024
Məqalə üçün tələblər və jurnal siyasəti ilə bağlı Vəkillər Kollegiyası Akademiyasının veb-saytına keçid edə bilərsiniz: https://academy-aba.az