Mediasiya Şurasında xüsusi komissiya yaradıldı
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarının Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi məqsədilə təşkilatların “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi və onların gələcək fəaliyyətlərinin zəruri monitorinqinin həyata keçirilməsi üçün Xüsusi Komissiya yaradılıb.
Azhuquq.az-ın məlumatına görə, Məmişov Bəylər Sahib oğlu komissiyasnın sədri seçilib.
Komissiyanın üzvləri aşağıdakılardır:
Mayıl Əhməd Əli oğlu
Hüseynova Esmira Hüseyn qızı
Səfərbəyov Şakir Ziyautdin oğlu
İsayev Anar Sadiq oğlu
Məmmədtağıyev Gəray Hüseyn oğlu
Mehdiyev Fərhad Sovet oğlu
Həsənov Elçin İsrail oğlu
Mehtiyev İlham Rəşid oğlu
Qeyd edək ki, komissiya 1 ay ərzində dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarının Mediasiya Şurasının üzvlüyünə qəbul edilmələri üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının təhlili məqsədilə təfərrüatlı monitorinqlər həyata keçirməlidir.
Bundan başqa, hər mediasiya təşkilatının monitorinqinin nəticələrini müvafiq aktlarla rəsmiləşdirilərək İdarə Heyətinə təqdim edilməlidir. Həmçinin mediasiya təşkilatlarının fəaliyyəti 2 ayda 1 dəfədən az olmayaraq monitorinq edilməli və İdarə Heyətinə rəy və təkliflər təqdim edilməlidir.
Komissiya zərurət yarandığı təqdirdə Mediasiya Şurasının İxtisas və İntizam komissiyalarının digər üzvlərinin Komissiyanın fəaliyyətinə cəlb edilməsini təmin etməlidir. Mediasiya təşkilatları isə monitorinqlərlə əlaqədar lazımi məlumatları və sənədləri komissiyaya təqdim olunmasını təmin etməlidirlər.