Qusar 1 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə yerində tanışlıq olub — FOTO
Yanvarın 7-də regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarının monitorinqi çərçivəsində Mediasiya Şurası Idarə Heyətinin sədri Nadir Adilov, Daxili Audit Komitəsinin sədri İlham Mehtiyev, İntizam Komissiyasının sədri Mayıl Əhməd Qusar 1 saylı mediasiya təşkilatında olublar.
AzHuquq.az xəbər verir ki, monitorinq zamanı Qusar 1 saylı Mediasiya Təşkilatının indiki tarixədək olan fəaliyyəti, qarşıya qoyduğu hədəfləri geniş müzakirə edilib. Eyni zamanda Qusar 1 saylı Mediasiya Təşkilatı ilə mülki müqavilə əsasında əməkdaşlıq edən Quba, Qusar, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən mediatorlar ilə mövcud problemlər üzərində müzakirələr aparılıb, təşkilatın qarşısında duran vəzifələr bir daha nəzərdən keçirilib.
Mediasiya Şurasının sədri Nadir Adilov Qusar 1 saylı Mediasiya Təşkilatının 2023-cü ildə üzərinə düşən vəzifələri yüksək səviyyədə icra edəcəyinə əminliyini vurğulayıb.
N. Adilov həmçinin əlavə edib ki, Qusar 1 saylı Mediasiya Təşkilatı və təşkilatda müqavilə əsasında əməkdaşlıq edən qeyd edilən rayonların mediatorlarının fəaliyyətləri ilə bağlı hər hansı narazılıq və ya şikayət olduğu halda, birbaşa sədrin özünə müraciət edə bilərlər.