Sumqayıtda mediasiya təşkilatı fəaliyyətə başladı
Sumqayıt şəhəri, Şamaxı və Qobustan rayonları üzrə fəaliyyət göstərəcək Sumqayıt 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.
Rəyə İdarə Heyətinin iclasında baxılıb. Yenilik.az xəbər verir ki, İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin 28 dekabr qərarı ilə Sumqayıt 1 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və onlar barədə məlumatların mediasiya təşkilatları reyestrinə daxil edilməsi qərarı verilib.
Beləliklə, Mediasiya Şurası İdarə Heyətinin 28 dekabr 2022-ci tarixli qərarı ilə 28 dekabr 2022-ci il tarixindən etibarən vətəndaşlar Sumqayıt şəhəri, Qobustan və Şamaxı rayonları üzrə müraciətlərdə Sumqayıt 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Sumqayıt 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri:
Təşkilat rəhbəri – Həsənov Etibar Eldar oğlu
Ünvan: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllə, «Mərkəz” Plaza, 5-ci mərtəbə, otaq 507
Email:sumqayit.mediasiya@mail.ru; 1saylisumqayitmediasiya@gmail.com
Tel: +994552183556; +994515351157; +994559951295