6 Mediasiya Təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edildi

6 Mediasiya Təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edildi

Bu gün Mediasiya Şurasının İdarə Heyətinin iclası keçirilib.
Iclasda çıxış edən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov bildirb ki, Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi vahidləri üzrə dövlət qeydiyyatına alınmış ilk 6 mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın apardığı monitorinqin nəticələri barədə rəyibu ərəfədə Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.
Nadir Adilovun sözlərinə görə, rəy İdarə Heyəti tərəfindən öyrənilmiş vəXüsusi Komissiyanın sədri Bəylər Məmişov bu gün Mediasiya Şurasının İdarə Heyətinin iclasına dəvət edilib, onun məruzəsi dinlənilib.
Komissiyanın sədri məruzəsində qeyd edib ki, Bakı şəhərində fəaliyyət göstərmək üçün Mediasiya Şurasına müraciət etmiş mediasiya təşkilatlarının yerləşdiyi ofislərə, mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış şəraitə yerində baxış keçirilib və onların “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqları müəyyən edilərək Şuranın üzvlüyünə qəbul edilmələri məqsədə müvafiq bilinib.
Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq bu günkü iclasda İdarə Heyəti tərəfindən mediasiya təşkilatlarının Şuranın üzvülüyünə qəbul edilməsi və onlar barədə məlumatların reyestrə daxil edilməsi qərara alınıb.
Eyni zamanda həmin mediasiya təşkilatları və qarşıda duran müvafiq aidiyyəti vəzifələr barədə Mediasiya Şurası tərəfindən Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi vahidləri üzrə bütün birinci instansiya məhkəmələrinə müraciət ünvanlayıb.
Mediasiya Şurası Bakı şəhəri və Abşeron rayonu üzrə vətəndaşların nəzərinə çatdırıb ki, 5 yanvar 2022-ci il tarixindən həmin ərazi vahidləri üzrə mediator təyin olunması barədə Mediasiya Şurasına deyil, aşağıda qeyd edilən ünvanlar üzrə mediasiya təşkilatlarına müraciət edilməlidir.
Mediasiya Şurasının üzvlüyə qəbul edilmiş mediasiya təşkilatı aşağıdakılardır:
1 saylı Bakı Mediasiya Təşkilatı- rəhbəri Babayev Samir Qabil oğlu, ünvan: Bakı ş. Nizami r-n, Heydər Əliyev pr-ti 96 A, email: baku1mediationorganization@gmail.com tel: +994 55 324 49 21 ; +994552482828
2 saylı Bakı Mediasiya Təşkilatı- rəhbəri Həsənova İlhamə Zakir qızı, ünvan: Bakı ş. Nəsimi r-n, Xan Şuşinski küçəsi 158, ev 72 F; e-mail: mediasiya02@gmail.comtel: +994705114990+994506114990
3 saylı Bakı Mediasiya Təşkilatı- rəhbəri Səfərov Paşa İbiş oğlu, ünvan: Bakı ş. Yasamal r-n, Zərdabi küç 78, korpus B, otaq 104-105; e-mail: mediasiya3@gmail.comtel:+994502634446
4 saylı Bakı Mediasiya Təşkilatı- rəhbəri Həsənov Cabbar Aydın oğlu, ünvan: Bakı ş. Nərimanov r-n, Əhməd Rəcəbli küç 5 A, Life Center, giriş 6, mərtəbə 2; e-mail: 4saylimediasiya@gmail.com ; tel:0102151004
5 saylı Bakı Mediasiya Təşkilatı- rəhbəri İbrahimov Taleh Vəli oğlu, ünvan: Bakı ş, Babək pr-ti 10 E, Rusel Plaza, 6-7-ci mərtəbələr, otaq 601-603, 704-706-cı otaqlar; e-mail: 5saylimediasiya@gmail.comtel: +994553960017+994773960017; 012-464-17-23
6 saylı Bakı Mediasiya Təşkilatı- rəhbəri Şahbazov Tural Şamil oğlu, ünvan: Bakı ş, Nəsimi r-n, Səməd Vurğun küç, 309-cu məhəllə, Vorld Biznes Center, 5-ci mərtəbə, otaq 1; e-mail:6saylimediasiya@gmail.com; tel: +994504971111

Etiketlər