«Vəkillər və mediatorlar arasında münasibətlərə ən gözəl örnək bu gün açılışı olan vəkil bürosundakı mediator otaqlarıdır»

«Vəkillər və mediatorlar arasında münasibətlərə ən gözəl örnək bu gün açılışı olan vəkil bürosundakı mediator otaqlarıdır»

«Mediasiya Şurasının yarandığı ilkin dönəmlərdə vəkilllərlə mediatorlar arasında münaqişələrin ola bilmə ehtimalına sevinmək istəyənlər vardı. Amma Vəkillər Kollegiyasının sədri hörmətli Anar müəllimlə birgə biz bunun öhdəsindən gəldik və bu gün vəkillər və mediatorlar bir-birilərinin ən yaxın köməkçiləridir».

Azhuquq.az xəbər verir ki, bu sözləri Mediasiya Şurasının sədri Nadir Adilov “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun rəsmi açılış mərasimində çıxış edərkən deyib.

O çıxışında Azərbaycan vəkilliyinin artan nüfuzundan danışıb və rəhbəri olduğu quruma Vəkillər Kollegiyasının dəstəyini yüksək qiymətləndirib: «Anar müəllimin nümunəvi və adekvat davranış göstərməsinin nəticəsidir ki, Kamandar müəllimin bürosunda mediatorlar üçün xüsusi şərait yaradılıb. Üzərində «mediator» yazılan lövhə olan kabinetləri və yüksək səviyyəli şəraiti görmək bu gün vəkillik təsisatının yeni yaranan mediasiya təsisatına verdiyi böyük dəyərdir. Bu bir daha onu göstərir ki, vəkillərlə mediatorlar dostdurlar, onlar bərabər işləyəndə nəticəyönümlü fəaliyyətə daha dəqiq köklənə bilirlər. Bu ilk təcrübə bizi ruhlandırır. Bu gün biz Vəkillər Kollegiyasının dəstəyi ilə ilk belə ənənənin əsası qoyduq. Mən bir daha yeni büronun kollektivinə uğurlar arzulayıram».

Etiketlər